Prezident və Birinci xanım Teymur Bünyadovun dəfn mərasiminə əklil göndərib

   Prezident və Birinci xanım Teymur Bünyadovun dəfn mərasiminə əklil göndərib
  09 Aprel 2022    Oxunub:1231
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri Teymur Bünyadovun dəfn mərasiminə əklil göndərib.
AzVision.az -ın məlumatına görə, əklil mərhumun II Fəxri xiyabandakı məzarı üzərinə qoyulub.

Qeyd edək ki, əməkdar elm xadimi, “Şöhrət” və "Şərəf" ordenləri laureatı, akademik Teymur Bünyadov dəfn olunub. Vida mərasimi mərhumun evində keçirilib. Mərasimdə elm, təhsil, mədəniyyət xadimləri, akademikin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra T.Bünyadov II Fəxri xiyabanda torpağa tapşırılıb. Xatırladaq ki, alim aprelin 8-də 94 yaşında vəfat edib.

AzVision.az


Teqlər: İlham-Əliyev  



Xəbər lenti