Parlamentin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

   Parlamentin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
  09 Aprel 2022    Oxunub:766
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.
AzVision.az -ın xəbərinə görə, parlamentin növbəti toplantısı aprelin 12-də keçiriləcək. İclasın gündəliyinə 4 məsələnin müzakirəsi daxil edilib:

- “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.

- “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş).

- Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

- Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

AzVision.az



Teqlər: Milli-Məclis  



Xəbər lenti