Peyvənd olunanların sayı elan edilib
Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 741, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7 201, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 481 nəfərdir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 540 995, birinci doza peyvəndlərin ümumi sayı 5 330 431, ikinci doza vaksinlərin sayı 4 832 203 təşkil edib.
Üç və daha çox doza vaksinlərin sayı 3 145 148, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 233 213 olub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


