Gecə klubunda yaralanan daha bir nəfər vəfat etdi

  Gecə klubunda yaralanan daha bir nəfər vəfat etdi
  10 Aprel 2022    Oxunub:1322
Bakıda gecə klubunda partlayışda xəsarət alan daha bir nəfər vəfat edib.

əbər verir ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.
Faktı AzVision.az - a Baş Prokurorluqdan təsdiqləyiblər.

Xatırladaq ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.

AzVision.az


Teqlər:



Xəbər lenti