BMT: Ukraynanın 4,5 milyondan çox qaçqını var

      BMT:    Ukraynanın 4,5 milyondan çox qaçqını var
  10 Aprel 2022    Oxunub:1143
Rusiya xüsusi hərbi əməliyyata başlayandan bəri Ukraynadan qonşu ölkələrə 4,5 milyondan çox qaçqın gəlib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb. Bildirilir ki, gün ərzində bu rəqəm 62 min nəfərdən çox artıb.

Təşkilatın saytında yerləşdirilən məlumata görə, fevralın 24-dən aprelin 9-dək Ukraynanı tərk edənlərin sayı 4 503 954 nəfərə çatıb.Gün ərzində 62 291 nəfər qonşu dövlətlərin sərhədlərini keçib.

Fevralın 24-dən aprelin 9-dək Polşaya 2 593 902, Rumıniyaya 686 232, Macarıstana 419 101, Moldovaya 410 882 qaçqın gəlib.

AzVision.az




Teqlər:



Xəbər lenti