Gecə klubunda yaralanan Seneqal vətəndaşının vəziyyəti ağırdır

   Gecə klubunda yaralanan Seneqal vətəndaşının vəziyyəti ağırdır
  11 Aprel 2022    Oxunub:937
Bakıda gecə klubunda baş vermiş partlayış zamanı yaralanan Seneqal vətəndaşının vəziyyəti ağır olaraq qiymətləndirilir.
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, Seneqal vətəndaşı ağ ciyər kontuziyası, III dərəcəli yanıq xəsarəti ilə özəl tibb müəssisələrinin birində müalicə alır.

Xatırladaq ki, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur. Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti