Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər tutulub

Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər tutulub
  11 Aprel 2022    Oxunub:1044
Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 126 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az -a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 49 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 72, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər saxlanılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti