ANAMA 247 minanı zərərsizləşdirib

   ANAMA 247 minanı zərərsizləşdirib
  11 Aprel 2022    Oxunub:1272
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan AzVision.az -a bildirilib ki, aprelin 4-dən 9-a qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı,Cəbrayıl və Zəngilanda 106 piyada əleyhinə mina, 141 tank əleyhinə mina və 156 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 237 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

AzVision.az



Teqlər:



Xəbər lenti