Ukraynadan Azərbaycana 39 sürücü təxliyə edilib

Ukraynadan Azərbaycana 39 sürücü təxliyə edilib
  11 Aprel 2022    Oxunub:956
Bu günə qədər Azərbaycana Ukrayna ərazisindən 36 yük nəqliyyat vasitəsi üzrə 39 sürücü təxliyə edilib.
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından AzVision.az -a verilən məlumata görə, Rusiya-Ukrayna müharibəsi zamanı Ukrayna ərazisində olan azərbaycanlı sürücülər çətin və təhlükəli vəziyyətdə qalmışdı:

“Hadisələrin ilk günündən Azərbaycan höküməti tərəfindən həmin sürücülərin təxliyəsi ilə bağlı işlərə başlanıb. Təxliyə ilə bağlı təhlükəsiz marşrut müəyyən edildikdən sonra həmin sürücülər Ukrayna hüdudlarından çıxarılıb. TIR sürücüləri Moldova-Rumıniya-Bolqarıstan-Türkiyə-Gürcüstan marşrutu üzrə ölkəyə gəliblər”.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti