Həbsdəki oğluna telefon keçirmək istəyən qadın saxlanılıb

   Həbsdəki oğluna telefon keçirmək istəyən qadın saxlanılıb
  11 Aprel 2022    Oxunub:791
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınmışdır.
Penitensiar Xidmətdən AzVision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Azad Azər oğlu Novruzova poçt vasitəsilə göndərilmiş banderola baxış keçirilən zaman orada olan şalvarın cibinə xüsusi üsulla hopdurularaq gizlədilmiş ümumi çəkisi 1,130 qram olan narkotik maddə - heroin aşkar edilmişdir.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan Kamran Rasim oğlu Zeynalovla qısamüddətli görüşə gəlmiş anası Saatlı rayon sakini Laləzar Dövlət qızı Zeynalovanın əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında gizlətdiyi 1 ədəd “KGTEL” markalı mobil telefon aparatı aşkar edilmişdir.

Hər iki faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti