“Smart Qarabağ” Hakatonunda iştirak etmək üçün 200-ə yaxın müraciət olub

“Smart Qarabağ” Hakatonunda iştirak etmək üçün 200-ə yaxın müraciət olub
  11 Aprel 2022    Oxunub:1042
Mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində təşkil olunacaq “Smart Qarabağ” Hakatonuna qeydiyyat üçün 188 proqramçı və texnologiya həvəskarı müraciət edib. Bunun 131-i Azərbaycan, 57-si isə Türkiyədəndir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AzVision.az -a verilən məlumata görə, bununla da, onlar “Ağıllı şəhər” konsepsiyası üzrə yarışmada iştirak edəcəklər.

“Əşyaların interneti”, “Süni zəka”, “Maşın öyrənilməsi”, “Bulud” və digər aparıcı texnologiyaları özündə cəmləşdirən “Smart Qarabağ” Hakatonu təhsil, nəqliyyat, kənd və ev təsərrüfatı, enerji və su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatə edir.

AzVision.az



Teqlər:



Xəbər lenti