"Polis Şöbəsində baş verən intihar araşdırılır" - Prokurorluq

   "Polis Şöbəsində baş verən intihar araşdırılır" -    Prokurorluq
  11 Aprel 2022    Oxunub:1260
Baş Prokurorluq Yevlax Rayon Polis Şöbəsində baş verən intiharla bağlı açıqlama yayıb.
Qurumun Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlama kamerasında intihar etməsi barədə Yevlax Rayon Prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti