“İkinci tur gərgin olacaq”

// Qərb mətbuatı Fransadakı prezident seçkiləri haqda

   “İkinci tur gərgin olacaq”
  11 Aprel 2022    Oxunub:1804
Fransadakı seçkinin birinci turunun nəticələri Qərb mediasında müxtəlif tərəflərdən şərh olunur. AzVision.az Avropanın aparıcı qəzetlərinin məsələyə yanaşmasını təqdim edir.
“Le Monde”: Seçkinin nəticəsində “yeni parçalanma” baş verdi. Makron və Le Pen arasındakı qarşıdurma idarəçilər və işçilər, şəhər və əyalət, Avropaya inteqrasiya və milli suverenlik ideyaları arasında ziddiyyətləri əks etdirir.

“Figaro”: İkinci turun nəticəsələrini hələlik proqnozlaşdırmaq mümkün deyil.

“Tayms”: İkinci tur 6 il əvvəl Makronun Le Peni 66% - 34% hesabıyla məğlub etdiyi seçkilərdən daha gərgin olacaq.

“Guardian”: İkinci turun nəticələri daha çox üçüncü yeri tutan solçu namizəd Mélanşonun səslərindən asılı olacaq. Onun tərəfdarlarının əksəriyyəti 5 il əvvəl Makrona səs vermişdi, ancaq hazırda onlardan bəziləri indiki prezidentə etiraz olaraq Le Penə səs verməyə meyillidirlər.

“Washington Post”: Makronun Ukraynadakı vəziyyətlə bağlı aldığı dəstəyin “buxarlanması” onun yenidən seçilməsinə “inamsızlıq yaradır”.

“Liberation”: Le Penin ikinci turda qalib gəlməsinə kömək edə biləcək səs ehtiyatı var.

“Financial Times”: Le Pen Fransada ifrat sağçıların hakimiyyətini əldə etməyə həmişəkindən daha yaxındır.

N.Quliyev
AzVision.az


Teqlər: Fransa   Seçki  



Xəbər lenti