“Bəlkə əskik olan sizsiniz?!” – Mirşahin yazıçı və şairləri sərt tənqid etdi (VİDEO)
Niyə seriallarımızın qəhrəmanlarına heç olmasa, cəbhədən bir zəng belə gəlmir? Ya da təsadüfən kimsə Qarabağın qayıdışından danışmır. Axı onları siz indi çəkirsiniz? Yəni təhtəlşüurunuza girmir bu? Bu yaxınlarda ARB kanalında bir seriala rast gəldim. “Çətin hədəf: İfşa”. Yaxşı ki rast gəldim. Yoxsa elə başa düşəcəkdim ki, rejissorlarımız sadəcə Qələbə orucu tutublar. Dinmirik, susuruq, görmürük. Nə baş verir? Yoxsa Azərbaycan ədəbiyyatını yaratmalı olan şəməqüdə yonanların Anarın sədrlik postundan başqa heç bir mövzusu yoxdur?
Unutmayaq: Qələbəni qazanan əsgər, tarixə köçürən, yaddaşlara həkk edən, əbədiləşdirən ədəbiyyatdır. Kompleksdən çıxın, hörmətli qələm sahibləri! Yazın, qalibləri vəsf edin, qələbəni tərənnüm edin. İnsanlar bu zəfər üçün şəhid olub! Əlini qolunu, gözünü itirib. Azərbaycanın qalibiyyətinə layiq olmağa çalışın. Qaragüruhun üfunət dolu yedəyindən çıxın. Sosial şəbəkələrdə boş-boş az küllənək. Noyabrda 3 ili olacaq qələbənin. 3 normal əsərimiz belə yoxdur! Onu da Prezident yazmalıdır? Azərbaycanın qələbəsi heç də Lev Tolstoya “Hərb və sülh” yazdıran qələbədən əskik deyil! Əksinə, artıqdır. Bəlkə əskik olan sizsiniz??! Belə deyilsə, sübut edin”.
Teqlər: Zəfər Vətən-Müharibəsi







Vaxtında, Aydın, Lazımlı!


