Bakı metrosunda 67 yaşlı sərnişin ölüb

   Bakı metrosunda 67 yaşlı sərnişin ölüb
  12 Aprel 2022    Oxunub:1096
Bakı metrosunda sərnişin dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, hadisə saat 06:30 radələrində metronun “Əhmədli” stansiyasında baş verib. Bakı sakini 1955-ci il təvəllüdlü Zülfəli Kazımov, Bakı sakini stansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib.

Dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya çağırılıb. Sərnişinin ürək dayanmasından vəfat etdiyi bildirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti