Azərbaycan itkin düşmüş şəxslərlə bağlı Qlobal Alyansın iclasında təmsil olunub
Tədbiri BQXK-nin vitse-prezidenti Jil Karbonye açmış, son beş ildə dünyada itkin düşmüş şəxslərin sayının 75 faiz artaraq 173 800-ə çatdığını qeyd etmiş, problemə qlobal səviyyədə diqqəti cəlb etmək və bu sahədə qlobal öhdəliklərin icrasını təşviq etmək üçün Qlobal Alyansın yaradıldığını bildirmişdir.
Tədbirdə ölkəmiz Xarici İşlər Nazirliyi və Cenevrədəki diplomatik nümayəndəliyimiz tərəfindən təmsil edilmiş və tədbir iştirakçıları Azərbaycanda itkin düşmüş şəxslər, onların taleyinin müəyyənləşdirilməsi üçün milli səviyyədə görülən işlər, Başlıbeldə kütləvi şəkildə qətlə yetirilmiş insanların qalıqlarının torpaqlarımızın işğaldan azad edilməsindən sonra identifikasiya edilməsi, Daşaltı, Edilli, Sırxavənd və Fərrux kəndlərində kütləvi məzarlıqların aşkarlanması, ərazilərin minalarla kəskin çirkləndirilməsinin qalıqların tapılmasına maneə törətməsi, Azərbaycanın bu problemə beynəlxalq səviyyədə diqqəti cəlb etmək üçün göstərdiyi səylər və bu xüsusda BMT Baş Assambleyası tərəfindən qəbul edilən “İtkin düşmüş şəxslər” qətnaməsi barədə məlumatlandırılmışdır.
Qlobal Alyansın itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasının vacibliyinə qlobal səviyyədə diqqətin cəlb edilməsi və bu sahədə əməkdaşlığa ciddi töhfə verəcəyinə ümid ifadə edilmişdir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


