“Canana o fikirlə gəlmişdi ki, özünə reklam qazansın” - VİDEO

   “Canana o fikirlə gəlmişdi ki, özünə reklam qazansın” -  VİDEO
  12 Aprel 2022    Oxunub:1330
Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canananı rəqqasə Fatimə Fətəliyevanın doğum günü məclisindən qovdurmasının görüntüləri yayılıb.
AzVision.az xəbər verir ki, rəqqasə həmin hadisə ilə bağlı açıqlama yayıb.

Fatimə Canananı bunu qəsdən və reklam üçün etdiyini bildirib: “Ya Mətanət xanım, ya da ki, Canana oradan getməli idi. Mətanət xanıma böyük bir bacı kimi münasibət bəsləyirəmsə, necə ola bilər ki, Canana mənim ad günümdə iştirak etsin? O an Canananın yanına yaxınlaşdım, soruşdum ki, sizi bura mən dəvət etmişəm? Gülə-gülə biz çəkiliş heyətiylə gəlmişik cavabını verdi. Sual verdim ki, müxbirsən, yoxsa aparıcısan, çəkiliş heyətiylə mənim ad günümdə nə gəzirsən? Canana bunu qəsdən etdi ki, reklam olunsun, haqqında danışılsın və insanların ona yazığı gəlsin. Onu da deyim ki, çox şeyləri bilmirsiniz. Xanım o fikirlə gəlmişdi ki, özünə reklam qazansın və onu da bacardı. Halal olsun”.

Qeyd edək ki, Canana M.İsgəndərlinin oğlu Kərimlə ötən il rəsmi boşanıb.



AzVision.az


Teqlər:



Xəbər lenti