Ermənistan parlamentinə taxılan separatçı bayrağı endirildi - VİDEO

   Ermənistan parlamentinə taxılan separatçı bayrağı endirildi -  VİDEO
  12 Aprel 2022    Oxunub:2433
Bu gün Ermənistan parlamentində Azərbaycana qarşı təxribat törədilib. AzVision.az xəbər verir ki, müxalif “Hayastan” və “Şərəfim var” fraksiyalarının deputatları Qarabağa və Ermənistanın sərhədyanı rayonlarına gedəcəklərini bəyan ediblər. Onlar bu səbəbdən də növbəti dörd günlük iclası boykot edəcəklərini söyləyiblər. Bundan sonra parlamentin iclas zalını tərk edən deputatlar keçmiş separatçı rejimin "bayraq"larını masalarının üzərinə qoyublar.
Keçmiş müdafiə naziri, hazırda “Hayastan” fraksiyasının rəhbəri olan hərbi cani Seyran Ohanyan isə bir qədər də irəli gedərək qondarma rejimin "bayrağ"ını parlament kürsüsünə taxıb.

Ohanyanın komandasının işğaldan azad olunan Azərbaycan əraziləri ilə bağlı təxribatına cavab gecikməyib. “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Vaaqn Aleksanyan deputatın parlament kürsüsünə taxdığı "bayrağı" oradan götürüb.

Yerli media bunu müxalifətlə hakimiyyət arasında yeni qalmaqal kimi qiymətləndirib.

“Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın parlament kürsüsünə taxdığı "Artsax" bayrağı (işğal dövründə mövcud olmuş separatçı rejim-red.) oradan götürüldü. Ohanyan indiki hakimiyyətin siyasətini Ermənistanın maraqlarına zidd olduğunu deyib. “Hayastan” və “Şərəfim var” fraksiyalarının deputatları zalı tərk edəndə kürsüyə “Vətəndaş müqaviləsi”nin deputatı Vaaqn Aleksanyan çıxıb. O, “Siyasi qüvvələr populizmdən əziyyət çəkəndə həmin qüvvələri təmsil edən keçmiş müdafiə naziri bu "bayrağ"ı lazımi yerə qoymaq istəmir” deyərək "bayrağ"ı tribunadan götürüb.

Aleksanyan onu da deyib ki, özlərini "Artsax" və Ermənistanın müdafiəçisi adlandıran keçmiş klan (Qarabağ klanı-red.) yaxınlarını zənginləşdirməklə məşğuldurlar. O qeyd edib ki, bu siyasətçilər ölkəni gücləndirmək üçün heç bir iş görmürlər və heç bir həll yolu təklif etmədən tənqid edirlər", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti