23 yaşlı qız parkda intihar etdi: Vəziyyəti ağırdır

   23 yaşlı qız parkda intihar etdi:  Vəziyyəti ağırdır
  12 Aprel 2022    Oxunub:1159
Dağüstü parkda özünü hündürlükdən atan qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Mərkəzin Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, 1999-cu il təvəllüdlü gənc qız 11.04.2022-ci il saat 11:15-də təcili olaraq KTM-in Reanimasiya şöbəsinə yerləşdirilib:
"Müayinələri aparılıb. Diaqnozu sağ bazu sümüyünün orta üçdə birinin yerdəyişən, sol bud sümüyünün aşağı üçdə birinin sınığı və bədənin müxtəlif nahiyələrində küt travmanın olması olub. Hazırda huşu aydındır, vəziyyəti isə ağır-stabil olaraq qalır".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti