Ukraynada girov götürülən azərbaycanlı tələbə azadlıqda

   Ukraynada    girov götürülən azərbaycanlı tələbə azadlıqda
  12 Aprel 2022    Oxunub:725
Ukraynada təhsil alan azərbaycanlı tələbə Hüseyn Abdullayevin cari ilin martında rus əsgərlər tərəfindən girov götürüldüyü iddia olunurdu.
AzVision.az -ın məlumatına görə, bu gün sosial şəbəkələrdə Hüseyn Abdullayevin əsirlikdən azad olunması barədə xəbərlər yayılıb. Bildirilir ki, Mariupolda girov götürülən Neftçaladan olan tələbə artıq sərbəst buraxılıb.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü H.Abdullayev ötən il Mariupol Dövlət Universitetinə qəbul olub. Müharibə başladıqdan sonra Mariupoldan çıxıb Zaparojeyə getmək istəyəndə Rusiya ordusunun hərbçiləri onu saxlayıblar. Valideynləri ona zəng edəndə telefona rus hərbçi cavab verərək Hüseynin Ukrayna tərəfdən rus ordusuna qarşı döyüşdüyünü bildirib.

"Qafqazinfo" məsələ ilə bağlı H.Abdullayevin atası A.Abdullayevlə əlaqə saxlayıb. Ata bildirib ki, oğlu bu gün saat 12-də əsirlikdən azad olunmaq üçün Zaparoje şəhərinə gətirilib: "Özü ilə danışdıq. Vəziyyəti yaxşıdır, səhhəti yerindədir. Bu gün diaspor nümayəndələrimizə təhvil veriləcək".

AzVision.az



Teqlər: Ukrayna   Girov  





Xəbər lenti