Buraxılış imtahanlarında üç nəfər 297.5 bal toplayıb

Buraxılış imtahanlarında üç nəfər    297.5    bal toplayıb
  12 Aprel 2022    Oxunub:1212
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 12-13-də keçirilmiş buraxılış imtahanlarında 3 nəfər – Ağcabədi rayonu Rəncbərlər kənd orta məktəbinin, Mingəçevir şəhəri Şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin, Bakı şəhəri 245 saylı orta məktəbin məzunları 297.5 bal toplayıb.
Bu barədə AzVision.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.

AzVision.az



Teqlər:





Xəbər lenti