Xarici diplom haqqında məlumatlar e-hökumətə inteqrasiya olunub
Qeyd edək ki, “myGov”a "COVID-19" vaksin, immunitet və əks-göstəriş sertifikatları inteqrasiya olunub. Vətəndaşlar şəxsi kabinetlərində aidiyyatı QR kodu "COVID-19" pasportu tələb olunan qurum və müəssisələrdə oxutdurmaqla rahat keçidlərini təmin edə bilirlər.
“myGov”da sənədlərin son etibarlılıq tarixi və digər mövzularda vətəndaşlara 21 növ bildiriş göndərilir ki, bu da vətəndaşları sənədlərin vaxtının bitməsi haqqında əvvəlcədən məlumatlandırır, vaxtı bitmiş sənədlərlə bağlı xoşagəlməz hadisələrin qarşısını alır.
“myGov” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən 2019-cu ildə yaradılıb. 2021-ci ildə portalın mobil tətbiqi istifadəyə verilib. Mobil tətbiqi, həm “iOS”, həm də “Android” əməliyyat sistemi istifadəçiləri aşağıdaki linklər vasitəsilə keçid edərək, yükləyib, istifadə edə bilərlər:
• "Android": https://play.google.com/store/apps/details?id=az.gov.my
• "iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


