UEFA "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu 50 yaşının tamam olması münasibəti ilə təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə qurumun rəsmi Tvitter hesabında paylaşım olunub. UEFA "Qarabağ"ın bu mövsüm Konfrans Liqasındakı çıxışından hazırlanan videonu izləyicilərlə bölüşüb. Qurum paylaşımı belə şərh edib: "Qarabağ" uzunmüddətli baş məşqçisi, Azərbaycan futbolunun yaşayan əfsanəsi Qurban Qurbanovun 50 yaşı tamam olur".