Sabah Zərdabda qaz olmayacaq

Sabah Zərdabda qaz olmayacaq
  13 Aprel 2022    Oxunub:811
Sabah Zərdab rayonunun təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə AzVision.az -a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi, qaz sızmalarının ləğvi və s. görüləcək təmir işləri ilə əlaqədar 14.04.2022-ci il tarixində saat 09:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən və “Zərdab asfalt beton zavodu” ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan zaman Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti