“Moskva”ya nə olub? – Versiya
// Kreyserin sahildən vurulması da istisna deyil
“Moskva” raket kreyseri əvvəllər Rusiyanın nəzarətində olan İlan adasından təxminən 25-30 dəniz mili uzaqlıqda olduğundan, onun sahildən vurulması mümkün idi. Digər tərəfdən, “Moskva” kreyseri ciddi hava hücumundan müdafiə sisteminə malikdir, ona görə də Ukrayna tərəfindən buraxıla biləcək raketlə bağlı şəbəkədə peyda olan versiyalar çox şübhəli görünür.
Hər halda, faktik olaraq döyüş vəziyyətində olan raket kreyserində sursatın partladılması ciddi məsələdir. Baş verənlərdən sonra əsas sual bu döyüş gəmisinin gələcəyinin olub-olmamasıdır.
Qeyd edək ki, əvvəllər 1164 saylı Layihənin gəmilərində yanğın təhlükəsizliyi sistemləri ilə bağlı problemlərə diqqət yetirilib. Bunlara “Moskva” raket kreyseri də daxildir. Layihənin üç raket kreyserindən yalnız “Marşal Ustinov”un göyərtəsində yanğın əleyhinə “Krab-M” sistemi quraşdırılıb. Lakin məlum olduğu kimi, yanğın təhlükəsizliyi sisteminin modernləşdirilməsi aparılmayıb. Təbii ki, bu da son hadisədə mənfi rol oynaya bilər.
Ədalət Verdiyev
AzVision.az üçün
Teqlər: Müharibə







Vaxtında, Aydın, Lazımlı!


