İsmayıllıda qaydaları pozan 20 sürücü cərimələnib

İsmayıllıda qaydaları pozan 20 sürücü cərimələnib
  14 Aprel 2022    Oxunub:1004
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə şəhərin müxtəlif küçə və prospektlərində reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundanAzVision.az-a verilən məlumata görə, reyd zamanı müxtəlif qayda pozuntularına yol verən, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilib.

Onlara törətdikləri qayda pozuntuları izah olunub və 20-yə yaxın sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti