Pakistanla müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirələr olunub
Görüş zamanı Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən həmsədri, Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev və səfir Bilal Haye 2021-ci ilin dekabrın 1-2-də Bakıda keçirilmiş Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının 7-ci iclasından bəhs edərək, iclas zamanı qəbul edilmiş əməkdaşlıq sahələri ətrafında müzakirələr aparıblar. Müzakirələr zamanı müdafiə sənayesi, iqtisadiyyatın müxtəlif sahələri, kənd təsərrüfatı, bank, turizm, səhiyyə və idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanaraq bu sahələr üzrə müvafiq tədbirlərin davam etdiriləcəyi və iki ölkə arasında əlaqələrin daha da genişləndiriləcəyi qeyd edilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti olaraq velosiped idmanı sahəsində də əlindən gələn köməyi əsirgəməyəcəyini qeyd edən Mədət Quliyev Azərbaycanda keçiriləcək velosiped üzrə beynəlxalq yarışlar zamanı Pakistan komandasının üzvlərinin də iştirakını təklif edib.
Bilal Haye səmimi görüşə görə Mədət Quliyevə təşəkkür edib, Pakistan və Azərbaycan arasındakı əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
AzVision.az
Teqlər: Pakistan







Vaxtında, Aydın, Lazımlı!


