Bu hərbçilərin geyim forması ilə bağlı normalar hazırlanacaq

   Bu hərbçilərin geyim forması ilə bağlı normalar hazırlanacaq
  14 Aprel 2022    Oxunub:729
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normaları hazırlanacaq.
AzVision.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin aprelin 14-də imzaladığı fərmanda öz əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabinetinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normalarını iki ay müddətində müəyyən etmək tapşırılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti