“ASAN xidmət”lə Təhsil Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb

“ASAN xidmət”lə Təhsil Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb
  14 Aprel 2022    Oxunub:1083
14 aprel 2022-ci il tarixində “Gələcək üçün bacarıqlar” layihəsinin “Gələcək üçün bacarıqlar: Gələcək üçün birgə” adlı hesabat tədbirində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasınən Təhsil Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən hər iki qurum ölkəmizdə innovasiya ekosisteminin dayanıqlığının təmin olunması, universitetlərdə innovasiya işinin birgə təşkili, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən dövlət xidmətlərinin “ASAN xidmət” mərkəzlərində təşkili və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində birgə tədbirlərin görülməsi barədə razılığa gəliblər.

Həmçinin "Türkiyə Texnologiya Komandası" Fondu (T3 Fondu) ilə Dövlət Agentliyi arasında həyata keçirilən birgə fəaliyyət çərçivəsində təsis ediləcək “Bilim Bakı” mərkəzinin fəaliyyətinin səmərəli təşkili, “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində universitetlərdə startapların təşviqi, inkubasiya və akselerasiya fəaliyyətinin formalaşdırılması, ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən seminar və təlimlərin keçirilməsi üzrə birgə fəaliyyətlərin aparılması da nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti