COVID pasportu ləğv ediləcək?

   COVID pasportu ləğv ediləcək?
  15 Aprel 2022    Oxunub:1138
Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər mərhələli şəkildə aradan qaldırılır. AzVision.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bir çox məhdudiyyətlərin aradan qaldırılması müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə verilən təkliflər əsasında dəyərləndirilir:
"Ümid edirik ki, yaxın vaxtlarda verilən təkliflərlə bağlı da qərarlar qəbul ediləcək və digər məhdudiyyətlər də aradan qaldırılacaq".

Vüqar Qurbanov bildirib ki, Azərbaycan koronavirus infeksiyasına qarşı ən effektiv mübarizə aparan ölkələrdəndir: “Ona görə də bu xəstəlikdən ölüm faizi ən aşağı və sağalma faizi ən yüksəkdir. Bu istiqamətdə bütüm tədbirlər həyata keçirilir və pandemiya tam nəzarətdədir. Bununla bağlı ciddi sıxıntı yoxdur. Həm xəstəxanada, həm də evdə müalicə alan xəstələrlə bağlı da tam hazırlıqlı vəziyyətdəyik və müalicələr davam etdirilir”.

AzVision.az


Teqlər: TƏBİB  



Xəbər lenti