Ermənistan Rusiya qazını artıq rublla alır

   Ermənistan Rusiya qazını artıq rublla alır
  15 Aprel 2022    Oxunub:958
Ermənistan Rusiya qazı üçün ödənişləri rublla həyata keçirməyə başlayıb. AzVision.az xəbər verir ki, bu barədə RBK-yə iqtisadiyyat naziri Vahan Kerobyan məlumat verib.
- Milli valyutalara doğru hərəkət etməliyik. Bildiyim qədərilə, son bir neçə ödəniş rublla olub, lakin müvafiq məzənnə ilə reallaşdırılıb, - Kerobyan deyib.

Nazir onu da qeyd edib ki, qiymətləndirmə dollarla aparılsa da, ödəniş rublla həyata keçirilir.

“Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov isə yerli mediaya İrəvanın rubl sisteminə keçməsini təsdiqləyib. O qeyd edib ki, şirkətin Ermənistana qaz tədarükünə dair müqaviləsi artıq bir neçə il ödənişi rublla həyata keçirməyə imkan verir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Qaz   Ermənistan  





Xəbər lenti