"Sahil" 5500 manata satıldı - FOTO

   "Sahil" 5500 manata satıldı -    FOTO
  15 Aprel 2022    Oxunub:762
Qobustan Heyvandarlıq Nümayiş Kompleksindəki hərracda ilk olaraq 2018-ci ildə doğulan "Sahil" atı satışa çıxarılıb.
AzVision.az xəbər verir ki, "Sahil"in hərrac satışı 5 min manatdan başlayıb və 5 500 manata satılıb. Atı tərtərli fermer Habil İbrahimov alıb. Öz təsərrüfatında başqa atların da olduğunu deyən fermer bildirib ki, belə sahib olduğu üçün qürur duyur: "Bu atı maraq üçün alıram. Digər atlarla birlikdə saxlayacam. Qarabağ atına çox böyük marağım var".






Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti