Azərbaycanda VAR sistemi sınaqdan keçirilib

Azərbaycanda VAR sistemi sınaqdan keçirilib
  15 Aprel 2022    Oxunub:1093
Futbol üzrə Azərbaycan Premyer Liqasında tətbiqi nəzərdə tutulan VAR (Video Assistant Referee) sistemi ilk dəfə olaraq test rejimində sınaqdan keçirilib.
AzVision.az AFFA-nın saytına istinadla xəbər verir ki, “ASK Arena”da keçirilmiş Azərbaycan U-17 – “Şamaxı” U-19 qarşılaşmasının baş hakimi Fərid Hacıyev olub. Video köməkçi hakim funksiyasını isə Elçin Məsiyev və Kamal Umudlu yerinə yetiriblər.

Qeyd edək ki, FIFA-nın müvafiq tələbinə uyğun olaraq, VAR sistemi rəsmi oyunlarda tətbiqindən əvvəl test rejimində sınaqdan keçirilməlidir.

AzVision.az


Teqlər: AFFA  



Xəbər lenti