Zahir Əmənov azadlığa buraxıldı

   Zahir Əmənov azadlığa buraxıldı
  15 Aprel 2022    Oxunub:752
Masallıda saxlanılan jurnalist Zahir Əmənov azadlığa buraxılıb.
AzVision.az -ın məlumata görə, bununla bağlı Masallı məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Onun barəsində polis nəzarətinə verilmə tədbiri seçilib.

Qeyd edək ki, aprelin 13-də Masallı rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyev rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, həmin gün “cənub.az” internet saytının rəhbəri Zahir Əmənov övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyərək ondan 1500 manat pul alıb.

Zahir Əmənov polis tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

AzVision.az



Teqlər: Jurnalist  





Xəbər lenti