Yeni doğulan oğlanların sayı qızlardan çoxdur

   Yeni doğulan  oğlanların sayı qızlardan çoxdur
  15 Aprel 2022    Oxunub:1104
Bu il Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlanıb.
Bu barədə AzVision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 20 462 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil etmişdir.

Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,3 faiz, qızların xüsusi çəkisi isə 46,7 faiz olub. Körpələrdən 616-sı əkiz, 33-ü isə üçəm doğulanlardır.

AzVision.az


Teqlər: Uşaq   Əkiz  



Xəbər lenti