Siyəzəndə bir nəfər su kanalında batıb

Siyəzəndə bir nəfər su kanalında batıb
  15 Aprel 2022    Oxunub:751
Siyəzəndə bir nəfər su kanalında batıb.
Bu barədə AzVision.az - a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti