Görüşün əvvəlində Prezident Andjey Duda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə bu çətin dövrdə göstərdikləri dəstəyin və həmrəyliyin əhəmiyyətini vurğulayaraq öz təşəkkürünü bildirib. Hazırda regionda baş verən və bütün Avropanın gələcəyinə təsir edən Ukrayna müharibəsi və müharibənin ərzaq təhlükəsizliyinə, beynəlxalq nizama etdiyi təsir və təhlükə görüşün əsas müzakirəsinə çevrilib. Prezident bu müharibənin təkcə Avropanın deyil, bütün dünya ölkələrinin başlıca problemi olduğunu vurğulayıb.
Mərkəzin üzvləri Polşa xalqının yaranmış qaçqın böhranının həllində oynadığı önəmli rolu vurğulayaraq Prezidentə minnətdarlıqlarını bildirib və bu istiqamətdə lazımi dəstəyi göstərəcəklərini bildiriblər.
Sonra müəllifi Mərkəzin həmsədri xanım Vayra Vike-Freyberqa olan “Nizami Gəncəvinin yeddi gözəli və ədəbiyyatda digər esselər”, Mərkəzin təşəbbüsü ilə nəşr olunmuş “Qələmin sehri, Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar” adlı kitab Polşa Prezidentinə təqdim olunub.
Daha sonra qonaqlar Polşa Prezidentini qarşıdan gələn 9-cu Qlobal Bakı Forumunda iştirak üçün Bakıya dəvət ediblər.
Görüşün sonunda Prezident Duda qonaqlarla xatirə şəkli çəkdirib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


