Anar Kərimov Xaçmazda vətəndaşlarla görüşdü

Anar Kərimov Xaçmazda vətəndaşlarla görüşdü
  15 Aprel 2022    Oxunub:1229
Mədəniyyət naziri Anar Kərimov aprelin 15-də Xaçmaz və Şabran sakinləri ilə görüşüb.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib.

Qəbulda nazir Anar Kərimov Xaçmaz və Şabran rayonlarından sakinlərin müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyib.

Vətəndaşların müraciətləri əsasən əməyin qiymətləndirilməsi, işlə təmin olunma, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.

Nazir müraciətlərdə qaldırılan məsələlərin operativ şəkildə araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verib.





AzVision.az


Teqlər:





Xəbər lenti