Marketdəki yarım milyonluq mənimsəmə ilə bağlı cinayət işi açıldı

   Marketdəki yarım milyonluq mənimsəmə ilə bağlı cinayət işi açıldı
  15 Aprel 2022    Oxunub:716
Şəmkirdə marketdən külli miqdarda pul mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az - a bildirilib ki, rayon sakini Ramin Əliyevin özünə məxsus “Zirvə” marketdə 539 min 222 manat məbləğində pulun mənimsənilməsi barədə prokurorluğa müraciət edib. Müraciət əsasında araşdırma aparılıb.

Material Baş Prokurorluq tərəfindən öyrənilməklə faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaqın aparılması Şəmkir rayon prokurorluğuna tapşırılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti