Orta aylıq pensiya 5 ildə 75 faiz artıb

   Orta aylıq pensiya 5 ildə 75 faiz artıb
  16 Aprel 2022    Oxunub:1242
Sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların məbləğində artım 2022-ci ilin ilk rübündə də davam edib.
ƏƏSMN-dən AzVision.az -a verilən məlumata görə, bu ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği daha 9,4 faiz artaraq 1 aprel tarixinə 363 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,1 faiz artaraq 394 manata çatıb.

“Ümumilikdə, həyata keçirilən ardıcıl sosial islahat paketləri pensiyalarda ciddi artıma imkan verib.

Son üç ildə minimum pensiya 2,2 dəfə artıb. Həmçinin 2018-ci ildən ötən dövrdə orta aylıq pensiyada 75 faiz, o cümlədən yaşa görə orta aylıq pensiyada 70 faiz artım baş verib”, - qeyd olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti