Şəmkirdə piyadanı vuran saxlanıldı

Şəmkirdə piyadanı vuran saxlanıldı
  16 Aprel 2022    Oxunub:780
Şəmkirdə avtomobillə kişini vuraraq qaçan şəxs saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə aprelin 15-də saat 23 radələrində Çinarlı qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini M.Eyyubovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-2107” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Nazim Novruzov saxlanılıb.

Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti