"200-dən yuxarı bal toplayanların bəzisi ali məktəblərə sənəd verməyib" - DİM

   "200-dən yuxarı bal toplayanların bəzisi ali məktəblərə sənəd verməyib" -    DİM
  16 Aprel 2022    Oxunub:770
Buraxılış imtahanlarında şagird hansı bal toplayırsa fərq yoxdur. İkinci mərhələdə qəbul imtahanlarında iştirak edib 100, 150, 200 bal toplayırsa, müsabiqəyə qatıla bilər.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, 50 baldan yuxarı nəticə göstərən abirutiyentlərin 150 ballı ixtisaslara sənəd vermək şansı var:

“Hər il 30 faizə qədər 11-ci sinif məzunları ali məktəb və orta ixtisas məktəblərinə sənəd vermirlər. Bu il 67 min məzun sənəd verib. İmtahanlarda iştirak edənlərin isə sayı 90 minə yaxındır”.

DİM sədri bildirib ki, bu il 200 baldan yuxarı nəticə göstərənlər arasından da ali məktəblərə sənəd verməyənlər var: “Həmin məzunlara fərdi yanaşmaq məqsədilə bu siyahıları Təhsil Nazirliyinə təqdim edəcəyik. Bu uşaqlar şansı var ki, ali məktəbə qəbul olsun. Bu siyahı əsasında araşdırma aparılacaq. Onlara tələbə kreditləri təqdim oluna bilər ki, ali məktəbə sənəd versin”.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti