DİM sədri kurslarla bağlı valideynlərə müraciət etdi

DİM sədri kurslarla bağlı valideynlərə müraciət etdi
  16 Aprel 2022    Oxunub:807
Biz 10 ildir ki, buraxılış imtahanları keçiririk . Statistik nəticələrə əsasən şagirdlər 11-ci sinifdə göstərdikləri nəticə 9-cu sinifdəkindən orta hesabla 20 faiz üstün olur.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, maksimum fərq 40 faiz olur:

“Şagirdin biliyi 9-cu sinifə qədər formalaşır. 10 və 11-ci siniflərdə onların bilikləri bir qədər təkmilləşir və təkrarlar olur. Onlar 9-cu sinifə qədər heç nə öyrənməyiblərsə, 2 il ərzində bilikləri o qədər də artmır.
Kurslar 10 və 11-ci sinifdə valideynlərə vəd verirlər ki, bir il ərzində şagirdin məktəb proqramının 70 faiz mənimsəməsinə kömək edəcəklər. Təəssüflər ki, belə qeyri-profesional yanaşma görürük”.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti