200-dən yuxarı bal toplayanlar: Ən gərgin vəziyyət III və IV qrupdadır

   200-dən yuxarı bal toplayanlar:   Ən gərgin vəziyyət III və IV qrupdadır
  16 Aprel 2022    Oxunub:1229
Bu il buraxılış imtahanında iştirak edənlərin 67 131-i ali məktəblərə sənəd verib ki, onlardan 10 mindən çoxu 200 baldan yuxarı bal toplayıb. Amma qruplar üzrə vəziyyət fərqlidir.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, I qrupda 27 800 məzun ərizə verib və onlardan 16 faizi, yəni 4500-ü 200 baldan yuxarı bal toplayıb.

“Bu qrupda 100 baldan yuxarı nəticə göstərənlərin sayı 16 mindir. II qrupda 16 min məzun ərizə verib ki, onlardan 1800-ü 200 baldan yuxarı nəticə göstərib. III qrupda 18000 məzun ərizə verib və 2653 nəfər 200-dən yuxarı bal toplayıb. V qrupda ən kəskin müsabiqə vəziyyəti yaranıb. Bura 4300 nəfər sənəd verib və 200 baldan yuxarı nəticə göstərənlərin sayı 1840 nəfərdir”.

M.Abbaszadə bildirib ki, müsabiqə vəziyyəti III və IV qruplar üzrə həmişə olduğu kimi daha gərgin olacaq

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti