Yuxarı Qarabağ kanalında 1 nəfər boğulub

Yuxarı Qarabağ kanalında 1 nəfər boğulub
  16 Aprel 2022    Oxunub:837
Yuxarı Qarabağ su kanalının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfər batıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ su kanalının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti