Müslüm Maqomayevin 80 illik yubiley gecəsi keçiriləcək

   Müslüm Maqomayevin 80 illik yubiley gecəsi keçiriləcək
  17 Aprel 2022    Oxunub:636
Oktyabr ayının 29-u Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubiley gecəsi keçiriləcək.
Bu barədə AzVision.az -a saraydan məlumat verilib.

Gecədə M.Maqomayevin unudulmaz nəğmələrini dünyanın tanınmış incəsənət nümayəndələri ifa edəcək.

Konsertin biletləri artıq satışa çıxarılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti