Döyüş sursatlarının utilizasiya prosesi davam edir - MN

   Döyüş sursatlarının utilizasiya prosesi davam edir -    MN
  17 Aprel 2022    Oxunub:715
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Bu barədə AzVision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi 18.04.2022-ci il tarixdən 23.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti