“İnsanları yox, divarı vururdu” - Blogerdən izahat

“İnsanları yox, divarı vururdu” -  Blogerdən izahat
  17 Aprel 2022    Oxunub:1192
Rusiyada yaşayan azərbaycanlı videobloqer Hüseyn Həsənov, bu gün Bakıda fanatları ilə görüşdə səhnədə yer alan şəxsin insanları qayışla vurması barədə yayılan videoya münasibət bildirib.
AzVision.az xəbər verir ki, o, bu barədə özünün İnstaqram hesabında paylaşım edib.

Həmin şəxslə görüşdüyünü bildirən bloqer, deyib:

“O insanlara yox, divara vururdu. Divara vururdu ki, insanlar əlin çəksin. Çünki orada bir qız huşunu itirmişdi, onu çıxarmağa çalışırdı. Videoda insanları vurduğu görünə bilər. Amma bu, onun nəyinə lazımdır?”.

Bloqer storisində həmin şəxsin fotosunu da paylaşıb.



AzVision.az


Teqlər:



Xəbər lenti