ABŞ Mərkəzi Asiyada da Rusiyaya tələ qurur – Aleksey Xlopotov

   ABŞ Mərkəzi Asiyada da Rusiyaya tələ qurur –    Aleksey Xlopotov
  18 Aprel 2022    Oxunub:3156
“ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeyanın Qazaxıstan və Qırğızıstana səfərinin məqsədi şübhəsiz ki, Mərkəzi Asiya ölkələrində cəmiyyətin ovqatının öyrənilməsi, həmin dövlətlərin Rusiya əleyhinə hərəkətlərinin mümkünlüyünün araşdırılması ilə bağlıdır”.
Bu sözləri AzVision.az -a açıqlamasında rusiyalı hərbi ekspert Aleksey Xlopotov deyib. Onun fikrincə, son onilliklərin “rəngli” adlandırılan bütün inqilabları hər hansı şəkildə insan haqlarına riayət olunmaması, hakimiyyətin demokratikliyindən narazılığın ifadəsi fonunda baş verib. “Dövlət katibinin xanım müşavirinin ixtisası da məhz budur”,- Xlopotov vurğulayıb.
ABŞ dövlət katibinin müavini Qazaxıstan və Qırğızıstana niyə gəlib?

Ekspertin fikrincə, burada son məqsəd Rusiya Federasiyası üçün yeni təhlükə istiqaməti yaratmaqdır: “ABŞ-ın Rusiyanı Ukrayna ilə silahlı münaqişəyə cəlb edərək, ona zərbə endirməyə çalışması haqda deyilənləri həqiqət kimi qəbul etsək, bu planın 100% uğurlu olduğunu söyləmək lazımdır. İndi bu məntiqə əməl edərək işi bitirmək lazımdır. Rusiyanın “zəif yeri” olan Orta Asiya respublikaları bunun üçün ən uyğunudur”.

Qazaxıstanda ilin əvvəlində yaranmış vəziyyəti xatırladan Xlopotov hazırda Qırğızıstanda həm daxili vəziyyətin, həm də qonşu Özbəkistanla münasibətlərin gərgin olduğunu qeyd edib: “Bu ölkələr bir təhlükəsizlik təşkilatının - KTMT-nin üzvləridirlər. KTMT-nin dağılması, Rusiyanın cənub-şərq sərhədlərində silahlı qarşıdurmaların törədilməsi hazırda Rusiyaya təzyiq göstərmək, dediyim kimi, onu bitirmək baxımından bir nömrəli vəzifədir”.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az



Teqlər:   ABŞ   Orta-Asiya  





Xəbər lenti