Narkotik və oğurluğa görə 11 nəfər tutuldu

Həmin şəxslərin ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə onlardan dördünün – Ş.Məmmədov, M.Hüseynov, Q.Məmmədli və D.Əsgərovun oğurluq əməllərinin də üstü açılıb. Belə ki, həmin şəxslərin ayrı-ayrılıqda rayon ərazisindəki müxtəlif ünvanlardan oğurluqlar etdikləri müəyyən edilib.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı isə rayonun Gərmətük qəsəbəsi ərazisində yerləşən anbardan 3070 manat dəyərində elektrik avadanlıqları və təmir-tikinti materialları, bir yaşayış evindən isə məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini F.Quliyev saxlanılıb. Qeyd edilən faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
AzVision.az
Teqlər: Lənkəran